Kateqoriyasız

“Qarabağ”ın ispaniyalı futbolçuları ölkəmizdən getdi – xüsusi təyyarə ilə

“Qarabağ”ın ispan futbolçuları Miçel, Xayme Romero və onun qardaşı Daniel Romero  Azərbaycanı tərk ediblər.

İdmanxeber.az-ın məlumatına görə, pandemiya mövcud olandan bu yana ölkəsinə gedə bilməyən sözügedən futbolçular bu gün xüsusi təyyarə vasitəsi ilə İspaniyaya yollanıblar.

Ağdam təmsilçisi hər üç futbolçuya ailələri ilə görüşmək üçün icazə verib.

İspaniyalı oyunçuların geri dönəcəyi vaxt bilinmir. Bu, Ağdam klubunun hazırlıq planından asılıdır.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43