Kateqoriyasız

“Qarabağ”ın iştirak ərizəsi – qrup mərhələsi üçün

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsi açıqlanıb.

Azərbaycan çempionunun heyətində pley-off oyunu ilə müqayisədə heç bir yenilik olmayıb. Komandanın iştirak ərizəsində ümumilikdə 23 futbolçu yer alıb. Onlardan 3-ü qapıçı, 9-u müdafiəçi, 8-i yarımmüdafiəçi və 3-ü hücumçu yer alıb.

Qapıçılar: 1. Şahruddin Məhəmmədəliyev, 12. Emil Balayev, 94. Ayxan Arazlı
Müdafiəçilər: 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 21. Rauf Hüseynli, 29. Zamiq Əliyev, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 55. Bədavi Hüseynov, 77. Donald Gerye, 81. Kevin Medina
Yarımmüdafiəçilər: 2. Qara Qarayev, 6. Patrik Andrade, 8. Uroş Matiç, 9. Xayme Romero, 10. Abdullah Zubir, 18. İsmayıl İbrahimli, 19. Filip Ozobiç, 27. Tural Bayramov
Hücumçular: 7. Ovusu Kvabena, 11. Mahir Emreli, 22. Musa Qurbanlı

“Qarabağ” İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (Təl-Əviv, İsrail) və “Sivasspor”la (Türkiyə) mübarizə aparacaq. Ağdam təmsilçisi ilk matçını oktyabrın 22-də səfərdə “Makkabi”yə qarşı keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43