Kateqoriyasız

“Qarabağ”ın keçmiş futbolçusu karyerasını bitirdi

“Qarabağ”ın keçmiş futbolçusu Miçel karyerasını bitirib.

Bu barədə ispan yarımmüdafiəçinin formasını geyindiyi “Marino” klubu məlumat yayıb. Xəbərdə Miçelin zədə səbəbindən futbolçu karyerasını sonlandırdığı bildirilib.

Karyerası ərzində İspaniyada “Sportinq” (Xixon), “Xetafe”, İsrialdə “Makkabi” (Hayfa), İngiltərədə “Birmingem” kimi klublarda çıxış edən Miçel, 2015-2020-ci illər aralığında “Qarabağ”ın uğurları üçün çalışıb. 36 yaşlı ispan futbolçu Ağdam klubunda 155 matçda meydanda olub və 25 qola imza atıb.

Yarımmüdafiəçi ötən ilin oktyabrında “Marino” klubuna keçib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43