Ölkə futbolu

“Qarabağ”ın legioneri: “Biz Azərbaycana çox uduzuruq”

“Qarabağ”ın legioneri Muarem Muarem Azərbaycan və Makedoniya futbolunu müqayisə edib. 

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubunun makedoniyalı üzvü bunları deyib:

“Futbolu keyfiyyəti nöqteyi-nəzərindən biz irəlidəyik. Şərtlərə gəlincə isə biz Azərbaycana çox uduzuruq. Azərbaycanda demək olar ki, hər bir komandanın iki məşq meydanı olmaqla, öz bazası var. Oyunçular güclü liqalardan gəlir. İldən ilə burada oynamaq çətindən çətin olur. Biz “Qarabağ”la Avropa Liqasının pley-off raunduna gəlib çatmışıq və burada “Ayntraxt”a məğlub olmuşuq. Onlarla bərabər mübarizə aparmışıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43