Ölkə futbolu

“Qarabağ”ın legioneri ilə iki klub maraqlanır

“Qarabağ”ın futbolçusu Leandro Andrade ilə Rusiyanın 2 klubu maraqlanır.

İdmanxeber.az-ın məlumatına görə, bu barədə futbolçunun agenti Uqo Kadjuda Rusiya mətbuatına açıqlama verib. O, “Rubin”lə yanaşı, “Krasnodar”ın da Andrade ilə maraqlandığını ancaq hələlik konkret bir şey olmadığını bildirib.

Daha əvvəl yerli mətbuatda “Rubin”in 24 yaşlı oyunçu üçün “Qarabağ”a 1,5 milyon avro təklif verdiyi bildirilsə də, klubun baş meneceri Asif Əsgərov iddianı təkzib etmişdi.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43