Müsahibə

“Qarabağ”ın legioneri “Neftçi”ni siyahıdan sildi, “Xəzər Lənkəran”a ismarıc göndərdi – MÜSAHİBƏ

"Qarabağ"ın makedoniyalı futbolçusu Muarrem Muaremin idmanxeber.com saytına müsahibəsi.

– Təlim-məşq toplanışı necə gedir? 

Hər şey sürətlə gedir. Vaxtın necə gəlib keçdiyini bilmirsən. Çox ciddi hazırlaşırıq və komanda da yaxşı durumdadı. Artıq komandada ilk "onbirlik" üçün rəqabət başlayıb. Geri döndükdən sonra "Qarabağ"ı tanımayacaqsınız.

– Ancaq sizin kimi digər klublar da təlim-məşq toplantılarında mövsümün növbəti bölümü üçün ciddi hazırlaşırlar. 

Bilirəm, xəbərim var. Ancaq geri döndükdən sonra "Xəzər Lənkəran"ı yenib, iddiamızı davam etdirəcəyik.

– Məşqlərin birində zədələndin. İndi vəziyyətin necədi?

Ciddi bir şey yoxdu. Məşq zamanı ayağıma zərbə gəldi və yüngül zədələndim. İndi hər şey qaydasındadır.

– Premyer Liqada 18 tur geridə qaldı. Qeyri-stabil çıxışın ilə diqqət çəkirsən. Bunun səbəbini bilmək olar?

Xüsusi səbəbi yoxdu. Qeyri-stabil çıxış etməyimə gəlincə isə, ilk "onbirli"yə az düşməyim və az oynamağımdır. 

– Bəlkə Qurban Qurbanov sənə güvənmir?

Yox, elə düşünmürəm. Sadəcə Gelaşviliyə daha çox şans verir və buna görə də, mən ehtiyatda qalıram. 

– Yeni transferiniz Caba Dvali səncə hücumdakı problemi aradan qaldıra biləcək?

Yaxşı texnikalı oyunçudu və Gelaşviliyə kömək edər. Məncə bu transfer yerinə düşdü.

– Fikrincə "Qarabağ" hansı mövqeləri gücləndirməlidi?

Məncə müdafiəni gücləndirməlidi.

– "Neftçi", "Qəbələ" ən yaxın izləyicinizdi. Ancaq "Bakı" və "İnter"də sizə problem yaşada bilər. Səncə "Qarabağ"a hansı komanda daha çox başağrı olar?

"Qəbələ" çox yaxşı komandadır. Onlar bizə çətinlik yaşada bilər. 

– "Neftçi"ni siyahıdan silirsən?

Onların oyunu tərzi eynidir. Biz hal-hazırda "Xəzər Lənkəran" oyununun planlarını cızırıq. 

– İlin ilk rəsmi oyununda "Xəzər Lənkəran"la qarşılaşacaqsınız. Bu oyunla bağlı nə deyərdin?

Biz özümüzə və azarkeşlərimizə güvənirik. İnanıram ki, 3 xal bizim olacaq.

– Hər il "Qarabağ" liderlik uğrunda mübarizə aparır, ancaq çempionluğu son anda əldən verir. Bu dəfə elə olmayacaq ki?

Yox, bu dəfə tam fərqli olacaq. Çünki "Qarabağ"da komanda ruhu var.

Səxavət QURBANOV

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43