Ölkə futbolu

“Qarabağ”ın legioneri zədələndi

Qarabağ”ın futbolçusu Patrik Andrade Kabo-Verde millisinin düşərgəsində zədələnib.

İdmanxeber.az xəbər verir ki, belindəki ağrılar səbəbindən Andrade millidə ardıcıl ikinci məşqi buraxıb.

Qeyd edək ki, Kabo-Verde yığması sabah Tunislə yoldaşlıq oyunu keçirəcək.

 Andradenin komandası yanvarın 15-də Afrika Millətlər Kubokunda ilk oyununa çıxacaq. Rəqib isə Qana yığması olacaq.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43