08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın legionerinə rəsmi təklif gəlib? – açıqlama

“Qarabağ”ın baş meneceri Asif Əsgərov Rusiya klublarının yarımmüdafiəçi Leandro Andrade ilə maraqlanması barədə yayılan xəbərlərə münasibət bildirib.

İdmanxeber.az-ın məlumatına görə, klub rəsmisi çıxan iddialara belə cavab verib:

“Heç kim bizə Leandronu almaqla bağlı müraciət etməyib. Başqa klubların bizim komandadan hansısa futbolçunu izləməsi normaldır. Amma Andradeni almaq istəsələr, bizimlə əlaqə saxlamağa borcludurlar, çünki onun “Qarabağ”la müqaviləsi var”.

Daha əvvəl 24 yaşlı futbolçunun agenti Uqo Kajuda Kabo-Verde millisinin oyunçusunun xidmətində “Rubin” və “Krasnodar”ın maraqlı olduğunu bildirmişdi.

Andrade bu mövsüm 33 oyun keçirib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib. Transfermarkt portalı futbolçunun dəyərini 1,2 milyon avro qiymətləndirir.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43