Ölkə futbolu

“Qarabağ”ın “Liberets”lə matçının bilet qiymətləri açıqlandı

“Liberets” Avropa Liqasının qrup mərhələsində evdə keçiriləcək oyunlara biletlərin qiymətlərini açıqlayıb. İdmanxeber.com-un məlumatına görə, ən ucuz biletlər “Qarabağ”la qarşılaşmalar üçün nəzərdə tutulub.

 

Sentyabrın 29-da PAOK-u, oktyabrın 20-də “Fiorentina”nı, noyabrın 24-də isə “Qarabağ”ı qəbul edəcək Çexiya klubu hər 3 qarşılaşma üçün biletlərə fərqli qiymətlər qoyub. Belə ki, “Fiorentina”nın matçını izləmək istəyənlər 300-500 kron (20-33 manat), PAOK-la görüşdə komandanı dəstəkləmək istəyənlər 200-300 kron (13-20 manat), “Qarabağ”la qarşılaşmaya canlı şahidlik etmək istəyənlər isə 150-200 kron (10-13 manat) ödəməli olacaqlar. Tələbələrə və 65 yaşdan yuxarı yaşlı insanlara isə “Qarabağ”ı izləmək 100 krona (6 manat) başa gələcək.

 

Üç matçlıq bilet paketi almaq istəyənlərə də güzəşt ediləcək. Həmin paket isə sentyabrın 12-23-ü aralığında satışda olacaq. Sentyabrın 29-dan ilk olaraq PAOK-la görüşün biletləri satışa çıxarılacaq. “Fiorentina” və “Qarabağ”la qarşılaşmaların bilet satışlarına isə oyunlara bir neçə gün qalmışdan başlanılacaq.

 

Qeyd edək ki, “Slovan” ev oyunlarını 10 min azarkeş tutumuna malik “Nisu” stadionunda keçirir.(apasport)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43