19 Sentyabr 2024
Dünya futbolu Ölkə futbolu

“Qarabağ”ın Londona səfər proqramı bilindi – SON DƏQİQƏ!

Ölkəmizi Avropa Liqasında təmsil edən “Qarabağ” yeni formatda keçirilən turnirdə ilk matçına çıxacaq.

Klubdan İdmanxeber.az-a verilən məlumata görə, Ağdam təmsilçisi ilk tur çərçivəsində İngiltərədə “Tottenhem”in qonağı olacaq. “Köhlən atlar” Londona sentyabrın 24-də uçacaq. Oyundan bir gün əvvəl Bakı vaxtı ilə saat 18:30-da Qurban Qurbanovun mətbuat konfransı olacaq. Bundan yarım saat sonra – 19:00-da isə “Qarabağ” oyun öncəsi son məşqinə çıxacaq.

Komanda matçdan dərhal sonra Bakıya dönəcək.

Qeyd edək ki, sentyabrın 26-da keçiriləcək “Tottenhem” – “Qarabağ” oyunu Bakı vaxtı saat 23:00-da start götürəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43