30 Sentyabr 2020
Kateqoriyasız

“Qarabağ”ın Lüksemburqda son məşqinin vaxtı bilindi

Avropa Liqasının qrup mərhələsinin II turunda baş tutacaq “Düdelanj” (Lüksemburq) – “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtıyla saat 20:45-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Jozi Bartel” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Sabah baş tutacaq “Düdelanj” – “Qarabağ” matçına saat 23:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ”la oyunda oynayacağımı eşidəndə mən də, atam da gecəni yata bilmədik”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Sabah”da qeyri-müəyyənlik: Sopiç də göndərildi

admin