Kateqoriyasız

“Qarabağ”ın mənim üçün yaxşı seçim olduğu görünür” – Beqoviç

“Mütəmadi olaraq, mümkün olan ən yüksək səviyyədə oynamaq istəyirdim. Buna görə də “Qarabağ”ın mənim üçün yaxşı seçim olduğu görünür. Cddi inkişafa nail olmuş tarixi klubdur. Daxili çempionatda hər zaman kuboklar üçün yarışırlar. Bundan əlavə, komanda Avropada da rəqabət aparır. “Qarabağ” Avropa Liqasında çıxış edəcək. Yanvar ayına qədər işə yarayacaq çox sayda keyfiyyətli oyun keçirməyi gözləyirəm”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Qarabağ”ın İngiltərə Premyer Liqa təmsilçisi “Bornmut”dan icarəyə götürdüyü Asmir Beqoviç xarici mətbuata verdiyi müsahibədə deyib.

Bosniya və herseqovinalı qolkiper “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki şansları barədə danışıb:

“Qarabağ”ın “Linfild”lə cavab oyununu izləmişəm. Əlbəttə, bu, uğurdur. Çətin qrupdayıq. “Sevilya” barədə danışmağa ehtiyac yoxdur. APOEL ÇL-in pley-off mərhələsində “Ayaks”a çətinlik yaşadıb. “Düdelanj” isə sağlam komandadır. Ancaq “Qarabağ” qrupda bütün rəqibləri ilə bacara bilər”.

Beqoviç transfer seçimini edərkən “Qarabağ”da çıxış etmiş həmyerlisi İbrahim Şehiçlə məsləhətləşmədiyini söyləyib:

“Hər şey tez baş verdi. Azərbaycanı tanıyan bir neçə adamla danışdım. Ciddi klub, gözəl şəhər, inkişaf etmiş ölkə və diqqətçəkən mədəniyyətə sahib olduqlarını dedilər. Yəni, “Qarabağ” barədə çox şey bilirəm. Komandanın Avropadakı oyunlarını izləmişəm, yaxşı kluba gəlmişəm. Cümə axşamı “Qarabağ”a qoşulacam. Belədə hər şeyi görəcəm”.

Oxşar xəbərlər

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

“Polislə azarkeş mehriban düşmənlərdi” – Qurban Qurbanov

admin

“Neftçi” fransalı hücumçu transfer edir

admin