08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın maraqlandığı futbolçuya “Neftçi”dən təklif

“Neftçi” “Sabah”ın sabiq futbolçusu Aleksey Kaşuku heyətinə qatmaq istəyir.

İdmanxeber.az “Dalmatinskiportal”a istinadən xəbər verir ki, “ağ-qaralar” 23 yaşlı oyunçu ilə təmasa keçib. Mənbə yazır ki, paytaxt təmsilçisi Kaşuka sərfəli təklif göndərib.

“Şaxtyor”da az forma şansı qazanan ukraynalının ayrıla biləcəyi bildirilir. Xəbərdə “Qarabağ”ın da əvvəl 23 yaşlı oyunçu ilə maraqlandığı qeyd edilib.

Aleksey Kaşuk 2022/2023 mövsümündə “Sabah”da çıxış edib. O, Azərbaycan Premyer Liqasında keçirdiyi 31 oyunda 16 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43