Kateqoriyasız

“Qarabağ”ın məğlub olmasına səbəb olan baş hakim Norveç – Azərbaycan oyununa təyinat aldı

Avro-2016-nın seçmə mərhələsində iyunun 12-də keçiriləcək Norveç – Azərbaycan matçını iadrə edəcək hakim açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, Osloda baş tutacaq və Bakı vaxtı ilə saat 23:45-də başlayacaq qaşrılaşmanı Polşadan olan hakim Pavel Gil idarə edəcək.

Qeyd edək ki, Pavel Gil Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın “Dnepr”lə ev oyununun da baş hakimi olmuşdu. Polşalı referi həmin matçda iki epizodda “Qarabağ”ın penaltisini verməməklə Ağdma klubunun yenilməsində pay sahibi olmuşdu. Belə ki, baş hakim xüsusilə birinci hissədə iki mübahisəli epizodda qonaqların xeyrinə qərar verməklə qalmaqala səbəb olub.

Hər iki epizodda “Qarabağ”ın üzvləri rəqib cərimə meydançasında yıxılıblar. Pavel Gil isə hər iki halda davam işarəsi verib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43