Premyer Liqa

“Qarabağ”ın məğlubiyyətsizlik seriyası qırıldı

Topaz Premyer Liqasında mövsümün ən uzun məğlubiyyətsizlik seriyası qırılıb. Çempionatın 5-ci turunda AZAL-a 0:1 hesabı ilə uduzduqdan sonra 11 qarşılaşmada xalsız qalmayan “Qarabağ” 17-ci turda “Bakı”ya 1:2 hesabı ilə yenilməklə meydanı əliboş tərk edib.

Bu uğurlu seriya klubun tarixində 11 ən uzun məğlubiyyətsizliklərdən biridir. “Qarabağ”ın çempionatlardakı rekordu isə bundan ikiqat artıq – 22 məğlubiyyətsiz oyuna bərabərdir.

Martın 12-də Zaqatalada “Simurq”a 0:1 hesabı ilə uduzduqdan sonra rəqib meydanlarında ardıcıl 12 qarşılaşmada məğlub olmayan komandanın bu seriyası da başa çatıb. Qurban Qurbanovun yetirmələri 278 gündən sonra səfərdən xalsız qayıdıblar. Bu isə klub tarixinin mütləq rekordudur.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43