Dünya futbolu

“Qarabağ”ın müqavilə təklif etdiyi futbolçu komandasından ayrılır

“Qarabağ”ın müqavilə təklif etdiyi iddia edilən “Trapani”nin hücumçusu Nikola Çitronun agenti Alberto Berqossi açıqlama verib.

İdmanxeber.com-un məlumatına görə, agent hücumçunun komandasından ayrılacağını söyləyib. Belə olan halda Çitronun “Qarabağ”a gəlmək ehtimalı da artıb. 28 yaşlı futbolçu C Seriyasına yuvarlanan klubda qalmayacaq. Berqossi açıqlamasında Çitronun yeni müqavilə imzalamayacağını bəyan edib:

“Çitronun müqaviləsi iyunda başa çatacaq və azad agent statusu daşıyacaq. Komandanın aşağı liqaya düşməsindən sonra Çitronun “Trapani”ni tərk edəcəyi dəqiqdir, burda qalmayacaq. B Seriyasında çıxış edən bir neçə komanda Çitroya maraq göstərir. Ötən il “Spal”, “Karpi”, “Bari” və “Evellino” kimi klublarla danışıqlar aparmışam. Hazırda Çitro üçün daha çox maraq göstərən komanda Azərbaycanın “Qarabağ” klubudur. Bu yaxınlarda isə Çitro məndən Çempionlar Liqasında mübarizə aparacaq “Qarabağ” haqda geniş informasiya aldı”.

Qeyd edək ki, İtaliya mətbuatı “Qarabağ”ın Nikola Çitroya 3 illik müqavilə və illik 300 min avroluq maaş təklif etdiyini yazmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43