Premyer Liqa

“Qarabağ”ın nəticələrinə ümid etmək peşəkarlıqdan uzaq olar”

“İnter”in futbolçusu Nizami Hacıyev qolsuz başa çatan “Sumqayıt”la oyun haqda danışıb.

İdmanxeber.com-a açıqlama verən yarımmüdafiəçi ilk öncə bunları deyib:

“Sumqayıt”ı zəif rəqib hesab etmək düzgün deyil. Bu gün onlar çox yaxşı mübarizə apardılar. Amma buna baxmayaraq, nəticənin ədalətli olduğunu düşünmürəm. Rəqib oyunlarımızı çox yaxşı analiz etmişdi.

“Təlim-məşq toplanışını yüksək səviyyədə başa vursaq da, bu gün istədiyimiz kimi oynaya bilmədik və çox səhvə yol verdik. Növbəti turlarda  həmin səhvləri düzəltməyə çalışacağıq”.

Hacıyev klubun yeni transferi Ruben Şaken haqda da danışaraq, “Qarabağ”ın onlardan biraz da qabağa düşməsinə belə münasibət bildirib:

“Biz öz oyunlarımızı düşünürük. “Qarabağ”ın nəticələrinə ümid etmək  peşəkarlıqdan uzaq olar.

Şakenə gəldikdə, o, yaxşı futbolçudur, ancaq hələ komandaya uyğunlaşmayıb. İnanıram ki, Ruben Şaken “İnter” üçün önəmli bir futbolçu olacaq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43