16 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın növbəti rəqibi məlum oldu

Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” iyulun 7-də yoxlama oyunu keçirəcək.

İdmanxeber.com-un məlumatına görə, artıq rəqibin kimliyi də məlumdur. Belə ki, Qurban Qurbanovun yetirmələri Rusiya təmsilçisi “Lokomotiv” (Moskva) komandası ilə gücünü yoxlayacaq.

Qeyd edək ki, qarşılaşmanın başlama saatı hələlik məlum deyil.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43