Kateqoriyasız

“Qarabağ”ın oyunları canlı yayımlanacaq?

Xəbər verdiyimiz kimi, “Qarabağ” Avstriya toplanışı çərçivəsinə bu gün iki yoxlama oyunu keçirəcək.

İdmanxeber.az xəbər verir ki, “atlılar” əvvəlcə Almaniyanın “Holştayn Kiel” klubu ilə qarşılaşacaq. Matç sat 14:00-da başlayacaq.

Qurban Qurbanovun rəhbərlik ediyi kollektiv günün ikinci yarısında daha bir sınaq matçına çıxacaq. Rəqib Rumıniya “Universitatya Krayova”sı olacaq. Görüşə saat 20:30-da start veriləcək.

Hər iki görüşün klubun “youtube”  kanalından canlı yayımlanması gözlənilir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43