İdman

“Qarabağ”ın oyunlarının başlama saatı açıqlandı – Çempionlar Liqası

“Qarabağ”ın Çempionlar Liqasını birinci təsnifat mərhələsində  Sloveniyanın “Olimpiya” klubuna qarşı keçirəcəyi hər iki oyununun başlama saatı açıqlanıb.

İdmanxeber.com-un UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, Lüblyanada keçiriləcək ilk görüş iyulun 11-i Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda olacaq cavab matçına isə iyulun 18-i saat 21:00-da start veriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43