Antalyada təlim-məşq toplanışında olan “Qarabağ”ın bugünkü yoxlama oyunu canlı yayımlanacaq.
İdmanxeber.az-ın məlumatına görə, futbolsevərlər Qazaxıstanın “Jetısu” klubu ilə qarşılaşmanı PFL-in “YouTube” kanalı vasitəsilə izləyə bilərlər.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.