Dünya futbolu

“Qarabağ”ın oyunu israilli hakimə tapşırıldı

“Qarabağ” – “Vorskla” matçının hakim təyinatları açıqlanıb

Avroliqanın qurup mərhələsinin III turunda “Qarabağ” doğma meydanda “Vorskla” klubun qəbul edəcək. Görüşü İsraildən olan hakimlər briqadası idarə edəcək. Baş hakim Roi Reinshreiberin köməkçiliyini Danny Krasikou və David Elias Bitton edəcək. Dördüncü hakim funksiyasını isə Amihay Yehoshua Mozes yerinə yetircək.

“Qarabağ” – “Vorskla” matçı oktyabrın 25-i  Bakı Olimpiya Stadionunda keçiriləcək.

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43