Kateqoriyasız

“Qarabağ”ın oyunu şimal qonşularımıza həvalə edildi

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Linfild” (Şimali İrlandiya) cavab oyunu üçün hakim təyinatları açıqlanıb.

İdmanxeber.az-ın məlumatına görə, matçın baş hakimi Rusiya Futbol Federasiyasından 35 yaşlı Sergey İvanov olacaq. Ona  Roman Usaçov və Valeri Dançenko köməklik edəcək. Dördüncü hakim funksiyasını isə Sergey Lapoçkin yerinə yetirəcək.

Qeyd edək ki,  Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək  “Qarabağ” – “Linfild” görüşü avqustun 29-u yerli vaxtla saat 20:00-da başlayacaq. Bu komandalar arasında Belfastdakı ilk oyunda Şimali İrlandiya klubu 3:2 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Öncə “Sabah”, sonra “Qarabağ”

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin

İlqar Qurbanov “Sumqayıt”da – rəsmi

admin