Kateqoriyasız

“Qarabağ”ın oyununa bilet bitdi! – 30 min azarkeş…

Çempionlar Liqasının III təsnifat mərhələsi çərçivəsində “Qarabağ” bu gün Kiprin APOEL klubunu qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, Tofiq Bəhrəmov adına Respublika stadionunda keçiriləcək görüş üçün satışa çıxarılan 30 min biletin hamısı satılıb.

Xatırladaq ki, “Qarabağ” – APOEL oyunu saat 20.30-da başlanacaq. Kiprdəki ilk matçda Azərbaycan çempionu 2:1 hesabı ilə qalib gəlib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43