Dünya futbolu

“Qarabağ”ın oyununda təxribat törədən ermənini nə gözləyir ?

Dünən keçirilən “Qarabağ” – “Arsenal” matçının son dəqiqəsində bir nəfər əlində qondarma Dağlıq Qarabağ bayrağı ilə girərək təxribat yaradıb. O, kapitanımız Rəşad Sadıqov tərəfə qaçmaq istəsə də, mühafizəçilər buna mane olub.

Artıq həmin azarkeşin kimliyinə aydınlıq gəlib. Bu, Şuşa ermənisi Artur Zaqaryandır.

İngiltərə mətbuatı yazır ki, həmin şəxs oyuna təxribat törətmək üçün gəlib. Həmin şəxsin əynindəki geyimin üzərində erməni terrorçusu Monte Melkomyanın şəkli olub. O, əslində erməni futbolçu Henrik Mikitaryanın üzərinə qaçmaq istəyib. Onun bu niyyətinə isə mühafizəçilər mane olub.

Şotlandiya parlamentinin əməkdaşı, matçın azərbaycanllı diktoru Fuad Ələkbərov hadisə ilə bağlı özünün sosial şəbəkədəki səhifəsində London polisinin özünə həmin azarkeşin bir də stadiona girə bilməyəcəyini və ona milli zəmində nifrət yaratmağa cəhdinə görə  cinayət işi açıla biləcəyini bildirib.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43