Milli komanda

“Qarabağ”ın oyununu canlı izləmək məni sevindirdi”

Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə namizəd olan Robert Prosineçki UEFA Avropa Liqasında keçirilmiş “Sent-Etyen” – “Qarabağ” qarşılaşmasının izləyib və bununla bağlı AFFA-nın rəsmi saytına fikirlərini bildirib:

“Azərbaycan futbolu və futbolçuları ilə daha yaxından tanış olmaq baxımından bu oyunu izləmək mənim üçün vacib idi. Yaxşı və maraqlı oyun oldu. Komanda birinci hissə daha yaxşı çıxış etdi və heyətdəki azərbaycanlı futbolçuların yaxşı oyunu məni sevindirdi. Şadam ki, bu oyunu canlı izlədim. Tanışlıq xarakterli fəaliyyətimi davam etdirmək məqsədilə Fransadan Bakıya dönəcək və Topaz Premyer Liqasının XIV turunda keçiriləcək bəzi oyunları izləməyə çalışacağam”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43