Ölkə futbolu

“Qarabağ”ın Pedro Enrikeni transfer etməsini təsdiqləyən – FOTO

“Qarabağ” istədiyi transferlərdən birini nəhayət ki, reallaşdırmağı bacarıb.

İdmanxeber.com-un məlumatına görə, bu Yunanıstanın PAOK kollektivinin formasını geyinən 27 yaşlı yarımmüdafiəçu Pedro Enrikedi. Braziliyalı oyunçu Ağdam təmsilçisində 1 illik icarə əsasında çıxış edəcək. Futbolçunun keçidini təsdiqləyən amillərdən biri isə futbolçunun rəsmi “vikipedia” səhifəsində hazırkı klubunun “Qarabağ” göstərilməsi olub.

Qeyd edək ki, daha öncə “Sürix” klubunda da oynamış braziliyalı vinger 2016-cı ildə “Renn” klubundan PAOK-a keçib. Braziliyalı oyunçu Saloniki klubunda 23 oyunda 6 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43