Kateqoriyasız

“Qarabağ”ın planı bəllidi: Bütün rəqiblər bilindi

“Qarabağ” yanvarın 7-də klubun bazasında bir araya gələrək mövsümün ikinci yarısının hazırlıqlarına start verəcək.

İdmanxeber.az-ın klubun rəsmi “Feysbuk” səhifəsinə istinadən yaydığı xəbərə görə, futbolçular yanvarın 12-si Antalyaya yollanaraq hazırlığın ikinci mərhələsini orada davam etdirəcək.

Antalyada 14 gün müddətində davam edəcək təlim-məşq toplanışında komanda 4 yoxlama oyunu keçirəcək. “Qarabağ” yanvarın 18-də Rumıniyanın “Akademika Klinkeni”, yanvarın 22-si Qazaxıstanın “Jetisu”, yanvarın 25-i Çexiyanın “Siqma” və Polşanın “Visla Plok” klublarıyla qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Dünən oyuna gələnlər “Qarabağ”ı “Roma” və PSV-dən önə çıxartdı

admin

Arda Turan: “Azərbaycanda ev sahibi kimi iki oyun keçirəcəyik”

admin

Millimizin oyununun yeni vaxtı açıqlandı

admin