24 Oktyabr 2020
Kateqoriyasız

“Qarabağ”ın potensial rəqibləri bilindi – Püşk atılır

Çempionlar Liqasında mübarizəni dayandıran “Qarabağ” yoluna Avroliqada davam etdirəcək.

İdmanxeber.az-ın məlumatına görə, Ağdam klubunun AL-in pley-off mərhələsindəki potensial rəqibləri də məlum olub.

Səpələnmişlər səbətində qərarlaşan təmsilçimizə püşkdə çətin rəqiblər də düşə bilər.

Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Dinamo” (Xorvatiya)
“Dinamo” (Brest, Belarus)
“Srvena Zvezda” (Serbiya)
“Yanq Boyz” (İsveçrə)

Səpələnməmişlər
“Sarayevo” (Bosniya və Herseqovina) – “Buduçnost” (Monteneqro) cütünün qalibi
“Şerif” (Moldova) – “Dandalk” (İrlandiya) cütünün qalibi
“Ararat-Armeniya” (Ermənistan) – “Selye” (Sloveniya) cütünün qalibi
“Riqa” (Latviya)/“Tre Fiori” (San-Marino) – “Seltik” (Şotlandiya) cütünün qalibi
“Kuopio” (Finlandiya) – “Suduva” (Litva) cütünün qalibi
“Legiya” (Polşa) – “Drita” (Kosovo) cütünün qalibi
“Klasksvik” (Farer adaları) – “Dinamo” (Tbilisi, Gürcüstan) cütünün qalibi
“Yurqorden” (İsveç) – ÇFR (Rumıniya) cütünün qalibi
“Floriana” (Malta) – “Flora” (Estoniya) cütünün qalibi
“Lüdoqorets” (Bolqarıstan)
“Tirana” (Albaniya)

Qeyd edək ki, III təsnifat mərhələsi sentyabrın 24-də, pley-off oktyabrın 1-də keçiriləcək.
İsveçrənin Nyon şəhərindəki tədbir Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

“Qarabağ” qələbə ilə başladı

admin

“Mənim atam oralıdır, amma Azərbaycanı seçdim” – Eddi İsrafilov

admin

Xayme Romeronun zədəsi ciddidi? – Qurban Qurbanov açıqladı

admin