Kateqoriyasız

“Qarabağ”ın potensial rəqibinin konteyneri qarət edildi

Çempionlar Liqasının II təsnifat mərhələsində “Qarabağ”ın potensial rəqiblərindən olan Lüksemburqun “Fola” klubunun bazasından oğurluq edilib.

İdmanxeber.az-ın məlumatına görə, kluba məxsus konteynerdən formalar, məşq üçün müxtəlif geyimlər oğurlanıb.

Klub bu barədə polisi məlumatandırıb.

Qeyd edək ki, “Qarabağ” – “Sileks” (Şimali Makedoniya) cütünün qalibi II təsnifat mərhələsində “Şerif” (Moldova) – “Fola” (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43