08 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın potensial rəqibləri bəlli oldu – “Qalatasaray”, “Milan”…

Çempionlar Liqası qrup mərhələsində 3-cü yeri tutan klubların adlarına aydınlıq gəlib.

İdmanxeber.az-ın məlumatına görə, “Qalatasaray”, “Lans”, “Benfika”, “Braqa”, “Milan”, “Şaxtyor”, “Yanq Boys” və “Feyenord” Avropa Liqasının 1/16 final mərhələsinə vəsiqə qazanıb.

Hazırda AL-də mübarizəni davam etdirən təmsilçimiz “Qarabağ” qrupu ikinci kimi başa vura bilsə, turnirin 1/16 final mərhələsində iştirak edəcək. Bu halda Ağdam klubu yuxarıda qeyd edilən komandaların biri ilə qarşılaşacaq. 

“Qarabağ” – “Hekken” matçı dekabrın 14-də keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43