İdman

“Qarabağ”ın potensial rəqibi müəyyənləşdi

Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

İdmanxeber.com-un məlumatına görə, “Qarabağ”ın 2-ci mərhələdəki potensial rəqibi bəlli olub.

Ağdam təmsilçisi mərhələni adlayacağı təqdirdə “Kukesi” ilə qarşılacaq. Albaniya təmsilçisi öz meydanında qolsuz heç-heçə oynadığı “Valetta” (Malta) ilə səfərdə 1:1 hesablı bərabərə qalıb və bununla da növbəti mərhələyə vəsiqəni təmin edib.

17 iyul

Çempionlar Liqası

I təsnifat  mərhələsi, cavab oyunları

“Valletta” (Malta) – “Kukesi” (Albaniya) – 1:1

Qollar: Pikkilo, 67 (1:0) Dzaria, 84 (1:1)

İlk oyun – 0:0


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43