Ölkə futbolu

“Qarabağ”ın prezidenti: “Qurbanova dedim ki, sonra demə ki, güclü klub yoxdur”

“Qarabağ”ı əvvəlki kimi dəstəkləyirik, devalvasiyaya baxmayaraq onlara ayırdığımız vəsaiti azaltmamışıq”.

“Azərsun Holding”in və “Qarabağ” futbol klubunun prezidenti Abdulbari Goozal jurnalistlərin suallarını cavablandırıb.

O deyib ki, təmsil etdiyi qurum sonadək bu klubu dəstəkləyəcək: “Son qəpiyimizə qədər “Qarabağ”a dəstək olacağıq. Bu, bizim borcumuzdur. “Qarabağ” bizim üçün qürur mənbəyidir. “Qarabağ” Qarabağın mövcudluğunun sübutudur. Təcavüzkar ölkə bu adı ələ keçirmək üçün çalışır. Klubu saxlayacağıq, əgər bacarmasaq, bayrağı başqasına təklif edəcəyik”.

A.Gozal “Qarabağ”ın son oyunu ilə bağlı da danışıb: “Qarabağın uğursuzluğuna üzüldüm. Amma bu yaxınlarda futbola baxırdım. “Barcelona”nın 900 mln. dollarlıq büdcəsi olduğu halda 80 mln. dollarlıq büdcəsi olan klubdan 4 top buraxdı. Belə hallar da olur”.

Abdulbari Goozal komandanın son vəziyyətindən danışıb.

“O gün Qurban Qurbanovdan soruşdum ki, Qarabağ futbol klubu niyə geri gedir. Dedi ki, yerli futbol klubları çox zəifdi, inkişaf edə bilmirik. Güclü klub tapa bilmirik ki, onlarla oynayaq”, – bunu jurnalistlərə “Azərsun Holding”in prezidenti Abdulbari Goozal deyib.

O qeyd edib ki, “Qəbələ”yə uduzandan sonra münasibət dəyişdi: “Amma getdi “Qəbələ”ylə oynadı və iki qol buraxdı. Dedim sonra demə ki, güclü klub yoxdur”. //report


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43