İdman

“Qarabağ”ın püşkatmada bəxti gətirəcək

2018/2019-cu il mövsümündə ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” I təsnifat mərhələsində olduğu kimi, növbəti püşkatmada da səpələnmişlər səbətində olacaq.

İdmanxeber.com-un məlumatına görə, bir sıra ölkələrdə qızıl medalların sahibinin müəyyənləşməsi, “köhlən atlar”ı II təsnifat mərhələsinin ən güclülərindən biri edib. İyun ayının 19-na təsadüf edəcək püşkatma mərasimində təmsilçimizə münasib rəqibin düşəcəyini indidən söyləmək mümkündü. Hətta II mərhələnin püşkatmasında da, Qurban Qurbanovun komandasına “səpələnməmiş”lərdən rəqib qismət olacaq. “Qarabağ” yarışda iştirakı dəqiqləşən komandalar arasında həm I, həm də II təsnifat mərhələsinin 4-cü komandasıdı. Ağdam klubu UEFA əmsallarına görə hələlik “Lüdoqorets” (Bolqarıstan), “Seltik” (Şotlandiya) və “Astana”dan (Qazaxıstan) geri qalır.

 Göstəricisi 20,500-ə bərabər olan çempionumuzu Sloveniya, İsrail, Polşa və Kipr təmsilçiləri də arxada qoya bilər. Lakin ən pis halda “Qarabağ” I təsnifat mərhələsində 20 səpələnmiş arasında 8-ci komanda kimi düşəcək. Bu, II təsnifat mərhələsində 10 səpələnmişdən biri olmaq üçün də yetərlidi. Çünki Rumıniya və Avstriyada daha yüksək əmsala malik komandalar çempion olsa da, “Qarabağ” 10-cu yerlə səpələnmişlərdən sonuncu kimi güclülər səbətinə düşəcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43