16 Sentyabr 2024
Ölkə futbolu

“Qarabağ”ın qapıçısı Avropa Liqasında fərqləndi

Avropa Liqası qrup mərhələsinin ən yaxşı qapıçılarının siyahısı açıqlanıb

İdmanxeber.az-ın məlumatına görə, “Qarabağ”ın qapıçısı Andrey Lunyov ilk “3-lüy”də yer alıb. Reytinq qapıçıların altı oyunda etdiyi seyvlərin sayına əsasən tərtib edilib.

Ağdam təmsilçisinin rusiyalı oyunçusu qrup mərhələsinin altı oyununda 23 zərbəni dəf etməyi bacarıb. Turnirdə ən güclü qapıçısı isə “Aris”in (Limassol) qolkiperi Vana olub. 

Qrupda ikinci yeri tutan “Qarabağ” Avropa Liqasının 1/16 finalında Portuqaliya “Braqa”sı ilə qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43