Kateqoriyasız

“Qarabağ”ın qapıçısı “Sumqayıt”da

Azərbaycan milli komandasının qapıçısı Səlahət Ağayevlə yollarını ayıran “Sumqayıt” klubu “Qarabağ”da çıxış edən Fərhad Vəliyevlə anlaşıb.

İdmanxeber.com-un “Report”a istinadən yaydığı xəbərə görə, bu barədə “Sumqayıt” klubundan məlumat verilib.

Məlumata görə, artıq 36 yaşlı qolkiperlə anlaşma əldə olunub və həftə ərzində 1 illik müqaviləyə imza atılacaq.

Hazırda milli komandanın heyətində Avstriyada təlim-məşq toplanışında olan S.Ağayev isə paytaxta qayıtdıqdan sonra “İnter”lə müqavilə imzalayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43