Bu gün UEFA Avropa Liqasının qrup mərhələsinin püşkatma mərasimi keçirilib.
İdmanxeber.az-ın məlumatına görə, püşkatmada ötən gün qazandığı gözəl qələbə ilə qrup mərhələsinə vəsiqə qazanan “Qarabağ” da yer alıb.
Püşkatmaya 3-cü səbətdən qatılan təmsilçimiz E qrupunda İngiltərənin “Arsenal”, Portuqaliyanın “Sportinq Lissabon” və Ukraynanın “Vorskla” komandaları ilə mübarizə aparacaq.