29 Noyabr 2020
Kateqoriyasız

“Qarabağ”ın rəqibi xal itirdi

“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan “Vilyarreal” İspaniya çempionatında növbəti oyununu keçirib.

“Sarı sualtı qayıq” VII turda səfərdə “Kadis”lə qolsuz heç-heçəyə razılaşıb. Xalını 12-ə çatdıran Unay Emerinin komandası hazırda 2-ci sıradadı. Komanda qələbə qazanacağı təqdirdə “Real”ı geridə qoya və ötən tur əldə etdiyi liderliyi qoruya bilərdi.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin II turunda oktyabrın 29-u “Vilyarreal”la qarşılaşacaq. Dağlıq Qarabağdakı gərgin vəziyyətlə əlaqədar UEFA-nın Azərbaycanda beynəlxalq görüşlər keçirməsinə qadağa qoyması səbəbindən matç Bakıda yox, İstanbulun “Başakşəhər Fatih Terim” stadionunda keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Qurban Qurbanov və futbolçularından Prezidentin çağırışına dəstək

admin

Millimiz yenə təəccübləndirmədi!

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin