27 Noyabr 2020
Kateqoriyasız

“Qarabağ”ın rəqibində ciddi itki

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Türkiyənin “Sivasspor” klubu ciddi itki ilə üzləşib.

Komandanın yarımmüdafiəçisi Ərdoğan Yeşilyurt sıradan çıxıb. O, Super Liqanın V turunda “Kayserispor”la oyunda (3:1) topuğundan zədələnib. Futbolçunun 3 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir. Bu səbəblə o, noyabrın 5-də “Qarabağ”la keçiriləcək oyunu buraxacaq.

“Qarabağ” “Sivaspor”a qarşı ilk oyununu noyabrın 5-də səfərdə, ikinci qarşılaşmasını isə noyabrın 26-da evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Dmitri Nazarov: “Məndən nəyisə soruşmaq istəsəniz, telefonum sizdə var”

admin

Zidan “Mançester”də ? – “Tezliklə işə başlayıram”

admin

“Səbail” və “Qarabağ”dan qələbə – Yenilənib

admin