Kateqoriyasız

“Qarabağ”ın rəqibini yaxından tanıyaq

Çempionlar Liqasının I təsnifat mərhələsində “Qarabağ”a ALbaniyanın “Partizani” klubu rəqib olub.

İdmanxeber.az-ın məlumatına görə, 1946-cı ildə yaradılan “ordu klubu” ev oyunlarını 9500 yerlik “Selman Stermasi Stadium”da keçirir.

İndiyə kimi avrokuboklarda heç vaxt komandalarımıza rəqib olmayan paytaxt Tirana təmsilçisi yoldaşlıq görüşlərində klublarımızla üz-üzə gəlib. 2014-ci ildə “Neftçi” ilə Antalyada yoxlama görüşündə üz-üzə gələn “sarı-qırmızılılar” təmsilçimizə 0:2 hesabı ilə uduzub. Eyni ildə “Qəbələ” ilə qarşılaşan Albaniya təmsilçisi 2:1 hesablı qələbəyə sevinib.

“Partizani” 16 dəfə Albaniya Super Liqasının, 15 dəfə ölkə kubokunun, 1 dəfə isə Superkubokunun qalibi olub.

Qeyd edək ki, bu komandalar arasında ilk oyun iyunun 9 və ya 10-da Tiranada, cavab qarşılaşması isə bir həftə sonra Bakıda keçiriləcək.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

Ağabala Ramazanovdan bir qol, iki yubiley

admin

Eddi İsrafilov millinin heyətindən çıxarıldı

admin

Mahir yeni şəxsiyyət vəsiqəsi aldı – Soyadını dəyişdi

admin