20 Yanvar 2021
Kateqoriyasız

“Qarabağ”ın rəqibinin daha 2 futbolçusu koronavirusa yoluxdu

“Qarabağ”ın Avropa Liqasındakı rəqiblərindən olan “Sivasspor” klubunun daha 4 üzvündə koronavirus aşkarlanıb.

İdmanxeber.az-ın məlumatına görə, virusa yoluxanların 2-si futbolçu, 2-si də texniki heyətin üzvləridir.

“Sivasspor”da daha əvvəl 10-a yaxın futbolçu və klub işçisində koronavirus aşkarlandığı açıqlanmışdı.

“Sivasspor” Avropa Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində sabah “Vilyyarreal”la qarşılaşacaq. “Qarabağ” isə bu turda İsrail “Makkabi”si (Təl-Əviv) ilə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

İşğaldan azad edilən Çaxırlı kəndindən görüntülər – VİDEO

admin

UEFA-dan “Qarabağ”a 46 min 390 avro

admin

“Kəlbəcərdə futbol məktəbi açmaq fikrim var” – Rəşad Sadıqov+Video

admin