Kateqoriyasız

“Qarabağ”ın rəqibləri bilindi

İyunun 18-i yay təlim-məşq toplanışı üçün Avstriyaya yola düşəcək “Qarabağ” dörd yoxlama oyunu keçirəcək.

İdmanxeber.az-ın xəbərinə görə, bu haqda klubun sosial şəbəkələrdəki rəsmi səhifələri məlumat yayıb. Məlumatda Qurban Qurbanovun qarşılaşacağı komandaların adları da açıqlanıb.

Ağdam təmsilçisi iyunun 22-də Bolqarıstanın “Ludoqorets”, iyunun 25-də Rumıniyanın “Kraiova”, iyunun 28-də Rusiyanın “Ufa”, iyulun 2-də isə Çexiyanın “Viktoriya” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, “Qarabağ” bu il də Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43

Oxşar xəbərlər

İsrail millisinin sabiq üzvü Azərbaycan klubunda!

admin

“Qarabağ” qrup oyunlarını bu stadionda keçirəcək – dəqiqləşdi

admin

TV AFİŞA: Hansı oyun, hansı kanalda?

admin