Ölkə futbolu

“Qarabağ”ın rəqibi dəyişdi – “Paxtakor”un əvəzinə “Uypeşt”

“Qarabağ”ın Antalyada yoxlama oyunu keçirəcəyi rəqiblərdən biri dəyişib.

İdmanxeber.az-ın klubun rəsmi saytına istinadən yaydığıxəbərə görə, Ağdam təmsilçisi toplanış zamanı ikinci yoxlama oyununda Özbəkistan “Paxtakor”u əvəzinə, Macarıstanın “Uypeşt” komandasıyla qarşılaşacaq. Buna səbəb Özbəkistan klubunun Antalya toplanışının ləğv olunmasıdır.

Qeyd edək ki, “Qarabağ” – “Uypeşt” qarşılaşması yanvarın 16-da olacaq. Qurban Qurbanovun komandası yanvarın 19-u Çexiyanın “Bohemians”, 23-ü Polşanın “Piast” və 26-sı Ukraynanın “Şaxtyor” (Donetsk) klublarıyla qüvvəsini sınayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43