20 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”ın rəqibi finalda

“Braqa” Portuqaliya Liqa Kubokunda finala yüksəlib.

İdmanxeber.az-ın məlumatına görə, Artur Jorjenin rəhbərlik etdiyi komanda yarımfinalda “Sportinq”i 1:0 hesabı ilə məğlub edib. 

“Braqa”nın finaldakı rəqibi bu gün keçiriləcək “Benfika” – “Eştoril” görüşünün qalibi olacaq.

Xatırladaq ki, “Braqa” Avropa Liqası pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılşacaq. Ağdam təmsilçisi ilk oyununu fevralın 15-də səfərdə, cavab matçı isə 22-də evdə keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43