16 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”ın rəqibi kuboku qazanıb

Portuqaliya Liqa Kubokunda final görüşü keçirilib.

İdmanxeber.az-ın məlumatına görə, finalda “Braqa” və “Eştoril” üz-üzə gəlib. Əsas vaxtı 1-1 bərabərə bitən oyun penaltilər seriyasında 5-4 hesabıyla qazanan “Braqa” kubokun sahibi olub.

”Ağ-qırmızılar” 3-cü dəfə bu titula sahib olub.

Xatırladaq ki, “Braqa” və “Qarabağ” Avropa Liqasının 1/16 final mərhələsində qarşılaşacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43