16 Sentyabr 2024
Dünya futbolu

“Qarabağ”ın rəqibi PSJ-dən oyunçu alır

”Braqa” PSJ-nin oyunçusu Şer Nduru transfer etmək istəyir.

İdmanxeber.az insayder Fabritsio Romanoya əsasən xəbər verir ki, Portuqaliya klubu bu transferi bitirməyə yaxındır. 19 yaşlı yarımmüdafiəçinin yaxın günlərdə Braqaya gəlib, rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Ndur bu mövsüm PSJ-nin heyətində 4 oyuna çıxıb və 1 qol vurub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43