Kateqoriyasız

“Qarabağ”ın rəqibində ayrılıq

“Qarabağ”ın rəqibi olan Çexiyanın “Viktoriya” klubunu bir futbolçu tərk edib.

İdmanxeber.az-ın məlumatına görə, komandanın üzvü  Ondrjey Mihalik bundan sonra Çexiyanın digər klubu “Slovaçko”un formasını geyinəcək.

25 yaşlı hücumameyilli yarımmüdafiəçi 2019-cu ildə Niderlandın “Alkmaar” klubundan “Viktoriya”ya keçib. O, komandasında oynadığı 57 matç 5 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, “Qarabağ” bu komandaya qarşı ilk matçını avqustun 17-də Bakıda oynayacaq. Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43