Kateqoriyasız

“Qarabağ”ın rəqibində koronavirus şoku

Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “Vilyarreal”ın futbolçusu Sofian Çakla koronavirusa yoluxub.

Bu barədə La Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Mərakeş millisinin düşərgəsində olan müdafiəçinin koronavirus testi müsbət çıxıb. Özünü yaxşı hiss edən Çaklanın virusdan tam sağaldıqdan sonra İspaniyaya qayıdacağı bildirilib.

“Qarabağ” Avropa Liqasının İ qrupunda “Vilyarreal” (İspaniya), “Makkabi” (İsrail) və “Sivasspor”la (Türkiyə) ilə mübarizə aparacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43