Kateqoriyasız

“Qarabağ”ın rəqibindən növbəti transfer

Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Marsel” növbəti transferi həyata keçirib.

Fransızlar “Arsenal”da oynamış Sead Kolaşinaçı transfer edib. Klub müdafiəçi ilə 2023-cü ilin yayına kimi müqavilə imzalayıb.

“Marsel” bundan əvvəl Sedrik Bakambunu transfer etmişdi.

“Qarabağ”la “Marsel” arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab oyunu isə fevralın 24-də Bakıda keçirəcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43