08 Sentyabr 2024
Kateqoriyasız

“Qarabağ”ın rəqibi dəyişdi

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ”ın iyunun 30-da keçirəcəyi yoxlama görüşündəki rəqibi dəyişib.

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Ağdam təmsilçisi həmin gün “Ştutqart”ın 2-ci komandası ilə qarşılaşmalı idi.

Lakin rəqibin futbolçularının millinin aşağı yaş qruplarına dəvət alması planda dəyişikliyə səbəb olub. Belədə “Qarabağ” iyunun 30-da Avstriyanın “SV Horn” klubu ilə qarşılaşacaq.

Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43